Heydər Əliyev Fondu Zaqatalada məktəb tikir

Heydər Əliyev Fondu Zaqatalada məktəb tikir
Bütün Xəbərlər
12:07 25.05.2013
1058

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatala rayonunun Bəhmətli kəndində müasir məktəb kompleksi inşa olunur.

AZXEBER.COM İcra Hakimiyyətinə istinadən bildirir ki, ötən ilin mayında baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən təhsil ocaqlarından biri də Bəhmətli kənd orta məktəbi idi.Bu kənddə məktəbin tikintisini Heydər Əliyev Fondu öz üzərinə götürüb. 600 şagird yerlik yeni məktəb binası üç korpusdan ibarətdir. Hazırda binanın daxilində tamamlama işləri görülür, texniki və tədris avadanlıqlarının quraşdırılması prosesi həyata keçirilir, həyəti abadlaşdırılır, idman ləvazimatları quraşdırılır. Bəhmətli kənd məktəbinin növbəti dərs ilində istifadəyə verilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR