Millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı - FOTOLAR

Millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı - FOTOLAR
GƏNCLİK
13:38 25.12.2023
2866
Gənclərin Töhfəsi İctimai Birliyi Bakı şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə "Heydər Əliyev İli” çərçivəsində Mükafatlandırma mərasimi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, mərasimi giriş sözü ilə açan "Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətindən və bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının rolundan danışıb. Daha sonra "Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova gənclərin inkişafında cəmiyyətin müxtəlif institutlarının fəal şəkildə iştirak etdiyini və onların əməyinin qiymətləndirilməsinin vacib olduğunu deyib.
 
Bakı Şəhər Gənclər və İdman İdarəsinin sektor müdiri Elvin Orucov, Səbail rayon Gənclər və İdman sektorunun müdiri Zamin Əhmədov gənclərin cəmiyyətin ictimai-sosial həyatında önə çəkilməsinin və onlarının fəaliyyətlərinin dəstəklənməsinin vacibliyini qeyd edib.

"Heydər Əliyev İli” çərçivəsində Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu Azərbaycan gənclərinin gənclər və idman sahəsində fəaliyyət imkanlarının artırılması, onların maraq və mənafelərinin qorunması və cəmiyyətdə özlərinə layiqli yer tutmaları üçün verdiyi dəstəyə görə, millət vəkilləri Jalə Əhmədova və Ceyhun Məmmədov gənclərin ictimai, mədəni sahədə fəaliyyətinin genişlənməsinə və yaradıcı bacarıqlarının inkişafına verdiyi töhfələrə görə, media kapitanları "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, "Vətəninfo.az” İnformasiya Agentliyinin rəhbəri Nahid Canbaxışlı, "Azxeber.com” saytının həmtəsisçisi Hacıbəy Heydərli, "Diaspornews.az” saytının baş redaktoru Fuad Hüseynzadə, fotoqraf-jurnalist Rüstəm İsmayılov gənclərin və gənclər təşkilatlarının fəaliyyətinin ictimaiyyətə çatdırılmasında verdiyi təmənnasız dəstəyə görə, gənc liderlər "Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin Baş direktoru Azər Əliyev, "Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud, "Gələcək” İntellektual İnkişaf Dəstək İctimai Birliyinin sədri Kazım Məmmədov, "Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov Azərbaycanda könüllülük fəaliyyətinin təbliğində və dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Gənclərin dostu” mükafatı, fəal gənclər "Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin sədri Əfsələddin Ağalarov, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, "Gənclərin İnkişafına və Təşəbbüsünə Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdiyev və bir qrup gənc isə yeni təsis edilən "Fəal Gənc” döş nişanı ilə mükfatlandırılıb. 

Nəzərinizə çatdırırıq ki, "Fəal Gənc” döş nişanı "Mükafatlandırma Komissiyası”nın rəyinə əsasən Azərbaycan gənclərinin elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya, media və sahibkarlıq fəaliyyəti sahələrində nailiyyətlərini təşviq etmək məqsədi ilə yeni təsis edilib. Hər il elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya, media və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə "Fəal Gənc” Mükafatı ilə təltif olunacaq. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO