"Heydər Əliyev İli"nə həsr olunmuş "Əzm Marafonu" keçirildi

GƏNCLİK
16:06 01.05.2023
2463
"Heydər Əliyev İli"nə həsr olunmuş "Əzm Marafonu" keçirilib.

Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Əzm Marafonu” keçirilib. Tədbir Gəncə şəhər Heydər Əliyev Park-Kompleksində baş tutub. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Texnologiya Universiteti, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı, Gəncə Gənclər Evi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutan marafonda 250-dən nəfərdən çox şəxs iştirak edib.

AZXEBER.COM xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd olunub ki, Azərbaycanın 1969-cu ildən başlayan tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə bütün sahələrə olduğu kimi, bədən tərbiyəsi və idmanın da inkişafına xüsusi diqqət yetirib, onun inkişaf perspektivləri ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirib. Həmin dövrdə yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təmin olunması vacib istiqamətlərdən biri kimi qiymətləndirilib. Respublikanın şəhər və rayonlarında idman komplekslərinin, qurğuların, zalların tikintisi, meydançaların inşası, böyük idman-sağlamlıq mərkəzlərinin yaradılması əhalinin, xüsusən gənclərin bu sahəyə marağının artmasında həlledici rol oynayıb. Günümüzdə Prezident İlham Əliyev gənclər və idman siyasətini uğurla davam etdirməkdədir.

Rəsmi hissədən sonra marafon iştirakçıları əzmlə mübarizəyə başlayıblar. Gəncə Gənclər Evinin qarşısında başlayan marafon əvvəlcədən müəyyən olunmuş marşrut üzrə davam edib və "Zəfər Tağı"nın önündə yekunlaşıb.

Marafonun yekununda I, II və III yerin sahiblərinə, həmçinin yarışda fərqlənən daha 7 iştirakçıya diplom və hədiyyələr təqdim olunub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib