Heydər Əliyev Mərkəzi haqda bilmədikləriniz - 2 VİDEO

Heydər Əliyev Mərkəzi haqda bilmədikləriniz - 2 VİDEO
Bütün Xəbərlər
12:30 20.07.2012
5250
Xəbər verdiyimiz kimi, Azərbaycan paytaxtında Heydər Əliyev Mərkəzində yanıb. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq mərkəz haqda məlumatı və mərkəzin açılışından hazırlanan reportajı təqdim edirik. Heydər Əliyev Mərkəzi - Bakıda tikilən müasir mədəniyyət mərkəzidir. Kompleks Heydər Əliyev prospektində, "Ekselsior" hotelinin yaxınlığında inşa edilib. Memarı dünya şəhrətli memar Zaha Hadiddir. Tikintisinə 2007-ci ildə başlanıb.Mərkəzin ümumi sahəsi 15,25 hektardır. Onun 2 hektarını əsas bina və digər tikililər, 13,25 hektarı landşaft ərazisidir. Heydər Əliyev mərkəzi bir məkanda yerləşən və bir-biri ilə bağlı olan üç əsas strukturdan ibarətdir.Kompleksin ümumi mərkəzi 57 kvadrat kilometrdir. Struktura muzey, 10.854 kvadrat metr sahəsi olan mədəni irs mərkəzi 985 nəfərlik konfrans zalı, 27.880 kvadrat metrlik çoxfunksiyalı zal, kitabxana və 12.920 kvadrat metrlik media mərkəzindən ibarətdir. Ümumi istifadə ediləcək sahə 6.039 kvadrat metr təşkil edir.Mərkəzinin direktoru Anar Ələkbərovdur. Mərkəzin açılışı 10 may 2012-ci il tarixində olmuşdu.
OXŞAR XƏBƏRLƏR