Heydər Əliyev Mərkəzində başlamış yanğın daha da güclənməyə başlayıb
Bütün Xəbərlər
12:45 20.07.2012
2148
Bir saat əvvəl Heydər Əliyev Mərkəzində başlamış yanğın daha da güclənməyə başlayıb.APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bir qədər əvvəl hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğın lokallaşdırılsa da, güclü külək yanğının miqyasının yenidən böyüməsinə səbəb olub. Hazırda əraziyə əlavə yanğınsöndürmə briqadaları cəlb olunub. Alovun söndürülməsinə havadan helikopterlər də dəstək verir.