Heydər Əliyev prospektində yol nəqliyyat qəzası baş verdi
Bütün Xəbərlər
08:45 22.11.2012
971
Bakının Nərimanov rayonu Heydər Əliyev prspektində iki avtomaşının tqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Qafar Hacıyevin idarə etidiyi “Toyota” markalı avtomaşınla Vüqar Ayazova məxsus “Geely” markalı nəqliyyat vasitəsi toqquşub. Hadisədən əvvəl hər iki nəqliyyat vasitəsi şəhərdən üzü metronun Koroğlu stansiyasına doğru hərəkətdə olub. Bu zaman “Geely”in sürücüsü qəfil idarəetməni itirərək avtomaşını qarşıda hərəkətdə olan “Toyota”nın arxa hissəsinə çırpıb. Qəza zamanı xəsarət alan olmayıb.Qeyd edək ki, hadisədən sonra qəzaya səbəb olan avtomaşının sürücü ərazidən uzaqlaşmaq istəsə də, yol patrul xidməti əməkdaşlarının sayıqlığı sürücünün bu niyyətini həyata keçirməsinə imkan vermədi.