Heydər Əliyev Sarayı konserti şəhidlərimizə görə təxirə saldı

MƏDƏNİYYƏT
13:54 18.11.2021
494
Heydər Əliyev Sarayı konsert proqramını şəhidlərimizə görə təxirə salıb.

Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının AZXEBER.COM-a verdiyi məlumata görə, bu gün Heydər Əliyev Sarayında keçiriləcək "Jazz mix" konsert proqramı şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq təxirə salınaraq, dekabrın 16-a keçirilib.
 
Sarayın sözücüsü deyib ki, biletlər etibarlıdır: Əldə olunmuş bütün biletlər etibarlıdır. Ermənistanın təxribatı nəticəsində baş verən hərbi əməliyyatlar zamanı şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Allah rəhmət eləsin".

OXŞAR XƏBƏRLƏR