Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubiley konserti təşkil olunub

Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubiley konserti təşkil olunub
MEDIA
01:33 16.11.2026
90
Heydər Əliyev Sarayında noyabrın 15-də Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə "Yubiley gecəsi" adlı konsert proqramı təşkil olunub.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva konsert proqramını izləyib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin yubiley münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib.

Gecənin bədii hissəsində Azərbaycanın tanınmış sənətkarları və musiqi kollektivləri çıxış ediblər. Xalq artistləri, Əməkdar artistlər və "Rast" qrupu tamaşaçılara musiqi nömrələri təqdim ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı gecəyə xüsusi rəng qatıb. Latviyanın məşhur müğənnisi Layma Vaykule də yubiley konsertində səhnəyə çıxıb.

Tədbir çərçivəsində Azərbaycan Televiziyasının görkəmli aparıcıları televiziya və radio tarixindəki xatirələrini bölüşüblər.

Yubiley gecəsində AzTV-nin zəngin arxiv materialları əsasında hazırlanmış filmlər nümayiş olunub. Həmçinin televiziyanın tamaşaçıların yaddaşında iz qoymuş məşhur teletamaşalarından səhnəciklər təqdim edilib.

Yubiley gecəsi Azərbaycan Televiziyasının 100 nəfərlik xor kollektivinin və Xalq artisti Zeynəb Xanlarovanın ifası ilə başa çatıb.
 












OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçumuz qızıl medal qazandı
01:43 16.11.2026
Cüdoçumuz qızıl medal qazandı
Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubiley konserti təşkil olunub
01:33 16.11.2026
Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubiley konserti təşkil olunub
"Mossad"ın Türkiyədə iranlı generalı oğurlayaraq öldürdüyü iddia olunur
01:23 16.11.2026
"Mossad"ın Türkiyədə iranlı generalı oğurlayaraq öldürdüyü iddia olunur
Azərbaycanda taksi xidmətləri bahalaşacaq? - Video
01:13 16.11.2026
Azərbaycanda taksi xidmətləri bahalaşacaq? - Video
Tramp və məşhur şirkətləri hədəfə alan kiberhücumla bağlı "Bitly" xidmətindən açıqlama
01:03 16.11.2026
Tramp və məşhur şirkətləri hədəfə alan kiberhücumla bağlı "Bitly" xidmətindən açıqlama
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
00:56 16.11.2026
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
00:50 16.11.2026
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
Suraxanıda maşın yandı
00:43 16.11.2026
Suraxanıda maşın yandı
Sehrbaz yenidən səhnədə: Ronaldinyo 11 ildən sonra futbola qayıtdı
00:36 16.11.2026
Sehrbaz yenidən səhnədə: Ronaldinyo 11 ildən sonra futbola qayıtdı
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüat
00:30 16.11.2026
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüat
450 min nəfər küçələrə axışdı: Son 37 ilin ən böyük etiraz aksiyası
00:23 16.11.2026
450 min nəfər küçələrə axışdı: Son 37 ilin ən böyük etiraz aksiyası
Bir sıra məşhur şəxslərin və şirkətlərin "X" hesabları haker hücumuna məruz qalıb
00:16 16.11.2026
Bir sıra məşhur şəxslərin və şirkətlərin "X" hesabları haker hücumuna məruz qalıb
Şəkidə qaz çəkilişi yarımçıq qaldı, sakinlər çətin vəziyyətə düşdülər - Video
00:10 16.11.2026
Şəkidə qaz çəkilişi yarımçıq qaldı, sakinlər çətin vəziyyətə düşdülər - Video
Marketlərdə satılan doğranmış meyvələrlə bağlı həyəcan təbili
00:06 16.11.2026
Marketlərdə satılan doğranmış meyvələrlə bağlı həyəcan təbili
Azərbaycanda yeni gəlir mənbəyi: Ekspertlər imkanları açıqladılar
00:00 16.11.2026
Azərbaycanda yeni gəlir mənbəyi: Ekspertlər imkanları açıqladılar
Rusiya ABŞ-nin nüvə sınaqlarının bərpasına cavab verəcək
23:53 15.11.2026
Rusiya ABŞ-nin nüvə sınaqlarının bərpasına cavab verəcək