Çexiyanın paytaxtı Praqada 450 minə yaxın insan hökumətin dövlət mediasının maliyyələşdirilməsi ilə bağlı islahat planına etiraz edib.
Məlumata görə, islahat planı Çexiya radio və televiziyasının tamamilə dövlət büdcəsindən maliyyələşdirilməsini, televiziya və radio üçün abunə haqlarının ləğvini nəzərdə tutur. Bundan əlavə, dövlətin mediaya ayırdığı vəsaitin 15% azaldılması planlaşdırılır.
Etirazçılar hesab edirlər ki, bu dəyişikliklər mətbuat azadlığına təhlükə yaradacaq və ictimai yayımçıların hökumətdən asılılığını artıracaq.
Mitinqin təşkilatçıları aksiyanın ölkədə son 37 ilin ən böyük etiraz nümayişi olduğunu bildiriblər.
Etiraz aksiyası Praqanın Letna rayonunda keçirilib.
///oxu.az











































