“Taliban” Əfqanıstanda bunu qadağan etdi

“Taliban” Əfqanıstanda bunu qadağan etdi
DÜNYA
20:48 15.11.2026
64
"Taliban” hərəkatının hakimiyyət orqanları Əfqanıstanın Qəndəhar əyalətindəki radiostansiyalara ölkədə populyarlığı ən sürətlə artan idman növlərindən biri olan kriketlə bağlı istənilən materialı yayımlamağı qadağan edib.

Bu barədə AFP agentliyi iki radiostansiya nümayəndəsinə və əyalət hakimiyyət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Qəndəharın İnformasiya və Mədəniyyət Departamentindəki anonim qalmaq istəyən mənbənin sözlərinə görə, qadağa kriketlə bağlı bütün materiallara, o cümlədən xəbərlərə, şərhlərə və Əfqanıstan millisinin qələbələri barədə məlumatlara şamil olunur.

İki yerli radiostansiyanın rəhbərləri hakimiyyət orqanlarından müvafiq göstəriş aldıqlarını təsdiqləyiblər. Onlardan biri bildirib ki, departamentin əməkdaşları radiostansiyaya zəng edərək efirdə kriket yarışlarını işıqlandırmağın artıq qadağan olunduğunu bildiriblər. Digər radiostansiyanın nümayəndəsi isə qadağanın növbəti bildirişədək qüvvədə olacağını deyib.

Əfqanıstan Kriket Şurası hələlik AFP agentliyinin şərh almaq üçün göndərdiyi sorğuya cavab verməyib.

Bu qərar xüsusilə gözlənilməz görünür, çünki "Taliban” hakimiyyəti daha əvvəl bu idman növünə dəstək nümayiş etdirib. Belə ki, avqust ayında hərəkatın hakimiyyətə qayıtmasının ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində ölkədə kriket oyunları təşkil olunub.

Bununla yanaşı, "Taliban” bir sıra digər idman növlərinə də məhdudiyyətlər tətbiq edib. Xüsusilə, qarışıq döyüş növləri qadağan olunub. Kişilərə və oğlanlara kriket oynamağa icazə verilsə də, qadınlar və qızlar ictimai həyatın demək olar ki, bütün sahələrini əhatə edən məhdudiyyətlər çərçivəsində idman zallarına və ümumiyyətlə idmanla məşğul olmaq imkanına malik deyillər.

Qəndəhar "Taliban” hərəkatı üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, hərəkatın ali liderinin iqamətgahı məhz burada yerləşir.

Bu arada Əfqanıstanın kişi kriket millisi Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində Zimbabve yığmasına qarşı ikinci test matçını keçirir.

///apa.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
20:59 15.11.2026
Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
“Taliban” Əfqanıstanda bunu qadağan etdi
20:48 15.11.2026
“Taliban” Əfqanıstanda bunu qadağan etdi
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
20:33 15.11.2026
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq
20:22 15.11.2026
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq
İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna diqqət və qayğısı bu sahənin inkişafında xüsusi yer tutur
20:00 15.11.2026
İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna diqqət və qayğısı bu sahənin inkişafında xüsusi yer tutur
Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
19:58 15.11.2026
Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib
19:56 15.11.2026
Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib
“Marsol Minifutbol Turniri 2026”-nın püşkatma mərasimi keçirilib
19:47 15.11.2026
“Marsol Minifutbol Turniri 2026”-nın püşkatma mərasimi keçirilib
Siyəzəndə ağır qəza: Ölən var
19:33 15.11.2026
Siyəzəndə ağır qəza: Ölən var
Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar
19:18 15.11.2026
Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar
Türkiyədə PUA əleyhinə EJDERHA sistemi uğurla sınaqdan keçirilib
19:04 15.11.2026
Türkiyədə PUA əleyhinə EJDERHA sistemi uğurla sınaqdan keçirilib
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub
18:54 15.11.2026
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27m/s-dək güclənib – Faktiki hava
18:42 15.11.2026
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27m/s-dək güclənib – Faktiki hava
Yəməndə qoşunlar geri çəkilir: Husilərin hücumları intensivləşib
18:28 15.11.2026
Yəməndə qoşunlar geri çəkilir: Husilərin hücumları intensivləşib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
18:18 15.11.2026
Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
İtaliya Ukraynaya peyk görüntüləri təqdim edəcək
18:10 15.11.2026
İtaliya Ukraynaya peyk görüntüləri təqdim edəcək