ABŞ aviasiyasını iflic edən nasazlığın mənbəyi aşkarlandı

DÜNYA
22:26 15.11.2026
61
ABŞ rəsmiləri bir neçə gün əvvəl ölkənin hava nəqliyyatı sistemində baş vermiş genişmiqyaslı nasazlığa səbəb olan marşrutlaşdırıcını (router) müəyyən ediblər. Cihaz təhlil üçün mütəxəssislərə təhvil verilib.

Bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi açıqlama verib.

"Problem yaradan və şəbəkəmizə məlumat ötürən marşrutlaşdırıcını aşkar etdik. Hazırda qurğu Floridadakı "L3 Harris" laboratoriyasındadır. Federal Aviasiya Administrasiyasının (FAA) nümayəndələri də oradadırlar. Araşdırmaya Federal Təhqiqat Bürosu da dəstək verir", - deyə nazir bildirib.

Şon Daffi əlavə edib ki, araşdırma zamanı problemin marşrutlaşdırıcının quraşdırılması prosesində yol verilmiş səhvdən, yoxsa cihazın özündəki texniki nasazlıqdan qaynaqlandığı müəyyən ediləcək.

Qeyd edək ki, noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava hərəkətinin idarə edilməsi mərkəzlərində yaranmış rabitə nasazlığı səbəbindən ölkə daxilində bütün uçuşları dörd saatdan çox müddətə dayandırmışdı. Cümə və şənbə günləri 10 mindən çox reysin ləğvinə səbəb olan bu hadisə ölkə üzrə son 25 ilin ən uzunmüddətli uçuş məhdudiyyəti kimi qeydə alınıb.

ABŞ-nin nəqliyyat naziri Şon Daffi baş vermiş fasiləni hava hərəkətinə nəzarət sistemlərinin köhnəlməsi və həddindən artıq yüklənməyə tab gətirməməsi ilə əlaqələndirib.

///oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ aviasiyasını iflic edən nasazlığın mənbəyi aşkarlandı
22:26 15.11.2026
ABŞ aviasiyasını iflic edən nasazlığın mənbəyi aşkarlandı
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
22:12 15.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Gəncədə nəvə nənəsinin evindən 100 min manatlıq oğurluq etdi: Pərdədən boşqaba qədər hər şeyi satdı
21:54 15.11.2026
Gəncədə nəvə nənəsinin evindən 100 min manatlıq oğurluq etdi: Pərdədən boşqaba qədər hər şeyi satdı
Şagirdləri ilə birgə ağır qəzada həlak olan müəllim sertifikasiya imtahanından yüksək bal toplayıbmış
21:43 15.11.2026
Şagirdləri ilə birgə ağır qəzada həlak olan müəllim sertifikasiya imtahanından yüksək bal toplayıbmış
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
21:15 15.11.2026
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
20:59 15.11.2026
Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
“Taliban” Əfqanıstanda bunu qadağan etdi
20:48 15.11.2026
“Taliban” Əfqanıstanda bunu qadağan etdi
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
20:33 15.11.2026
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq
20:22 15.11.2026
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq
İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna diqqət və qayğısı bu sahənin inkişafında xüsusi yer tutur
20:00 15.11.2026
İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna diqqət və qayğısı bu sahənin inkişafında xüsusi yer tutur
Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
19:58 15.11.2026
Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib
19:56 15.11.2026
Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərini təbrik edib
“Marsol Minifutbol Turniri 2026”-nın püşkatma mərasimi keçirilib
19:47 15.11.2026
“Marsol Minifutbol Turniri 2026”-nın püşkatma mərasimi keçirilib
Siyəzəndə ağır qəza: Ölən var
19:33 15.11.2026
Siyəzəndə ağır qəza: Ölən var
Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar
19:18 15.11.2026
Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar
Türkiyədə PUA əleyhinə EJDERHA sistemi uğurla sınaqdan keçirilib
19:04 15.11.2026