Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində şagirdləri ilə birgə həlak olan müəllim Seymur İsmayılovla bağlı yeni detal üzə çıxıb.
Mərhum müəllim 2024-cü ildə keçirilən müəllimlərin sertifikasiya imtahanında 53 bal toplayaraq yüksək nəticə göstərib.
Qeyd edək ki, S.İsmayılov Füzuli rayonunun Mirzə Uluqbəy adına tam orta məktəbin riyaziyyat müəllimi idi.
Xatırladaq ki, dəhşətli qəza nəticəsində ümumilikdə 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
///oxu.az











































