'Heydər Əliyev və Sumqayıt gənclərinin vətənpərvərlik tərbiyəsi' mövzusunda tədbir keçiriilib

GƏNCLİK
16:50 01.05.2013
1927

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Sumqayıt gənclərinin vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirib.

AZXEBER.COM-un məlumatına görə, tədbirdə Respublika Veteranlar Şurasının hərbi-vətənpərvərlik komissiyasının sədri, polkovnik Cəlil Xəlilov, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi şöbəsinin baş məsləhətçisi Fərman Kazımov, Prezident tədaüdçüsü, “Şöhrət” ordenli, əməkdar müəllim Minarə Tahirova, Sumqayıt şəhər Veteranlar Surasının sədri Leyla Qasımzadə, orta məktəb direktorları, veteranlar, digər idarə-müəssisə nümayəndələri, ali məktəb tələbələri və gənclər təşkilatlarının fəalları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova gələn qonaqları salamlayaraq, tədbirin məramından və Heydər Əliyevin məhz Qızıl Aypara Cəmiyyətinin inkişafına verdiyi tövhələrdən bəhs edib. Bildirib ki, Cəmiyyətin inkişafı üçün vacib olan amillərdən biri kimi onun ölkə və dünya miqyasında tanınmasında ulu öndərin diqqət və qayğısının əvəzsizdir.

Respublika Veteranlar Şurasının hərbi-vətənpərvərlik komissiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Cəlil Xəlilova isə çıxışında tədbir iştirakçılarına ulu öndərin Azərbaycanın hərbi potensialının gücləndirilməsi istiqamətində atdığı addımlardan, həyata keçirdiyi islahatlardan söz açıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov Heydər Əliyevin dövlətçiliyimizin yenidən qurulması və inkişafındakı fəaliyyətlərindən bəhs edib.

Prezident tədaüdçüsü, əməkdar müəllim Minarə Tahirova və Sumqayıt şəhər Veteranlar şurasının sədri Leyla Qasımzadə ümummilli liderlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər, onun təhsilə verdiyi tövhələrdən söhbət açıblar.

Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video çarxlar, foto slaydlar da nümayiş olunub. Bununla yanaşı, Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik nəğmələri səsləndirilib.

Sumqayıt şəhər bölməsinin könüllüləri və “Təfəkkür” litseyinin “Gənc Heydərçilər” ansamblının ifasında ulu öndər və vətənpərvərlik mövzusunda musiqilər də ifa edilib.

OXŞAR XƏBƏRLƏR