Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib - FOTO

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib - FOTO
SOSİAL
19:28 18.02.2023
523
Fevralın 18-də Qış İdman Növləri Federasiyasının və "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib.

İdman tədbirinin keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağı artırmaqdır.

2 gün davam edəcək yarışa öncədən qeydiyyatdan keçən, böyük və uşaqlardan ibarət 12 kateqoriya üzrə 50-dən çox həvəskar xizəkçi qatılıb.

Yarışın 1-ci günündə 3 böyük yaş kateqoriyası üzrə kişi və qadınlardan ibarət xizəkçilər "Slalom Gigant” növü üzrə  mübarizə aparıblar. 

Yarışın ilk günündə nəticələr aşağıdakı kimi olub.

*Veteran kişilər arasında:*
1. Daniel Makkenel (BƏƏ)
2. Artur Sionek (Polşa)
3. Pavel Kerzanovski (Polşa)

*Gənclər arasında:*
1. Viktor Sionek (Polşa)
2. Elbrus Əzizov
3. Ramin Beybutov

*Veteran qadınlar arasında:*
1. Tatyana Yeqanova (Rusiya)
2. Anna Vəliyeva
3. Daria Bivol

*Kişilər arasında "Ustad xizəkçi” kateqoriyası üzrə:*
1. Nəsir Fərhadov
2. Ramiz Ağayev
3. Murad Aydınov

*Qadınlar arasında "Ustad xizəkçi” kateqoriyası üzrə:*
1. Nəzrin Qəribova
2. Şəbnəm Hümbətova

Qaliblər "Şahdağ” Turizm Mərkəzi və Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycanın tanınmış idmançılarının iştirakı ilə medallar və diplomlarla təltif olunublar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

İdman tədbiri çərçivəsində, həmçinin fləşmob da keçirilib. Fləşmobda 160 turizm könüllüsü tərəfindən pankartlarla Ümummilli lider Heydər Əliyevin şəkli əks olunan görüntü və "Heydər Əliyev 100 il” yazısı nümayiş olunub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Olimpiya Komitəsinin nümayəndələri və bir sıra tanınmış idmançılar qonaq qismində iştirak ediblər.
 
İdman tədbiri fevralın 19-da uşaqlar arasında 3 yaş kateqoriyası üzrə olmaqla davam etdiriləcək.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA