Göyçayda “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib.
AZXEBER.COM xəbər verir ki, konfransın keçirilməsində məqsəd yerlərdə H.Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği işinin daha da gücləndirilməsi olub.330 nəfər fəal gəncin, Göyçay Rayon İcra Hakimiyyətinin, müvafiq təşkilatların nümayəndələrinin, millət vəkillərinin, QHT-lərin, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təmsilçilərinin və kütləvi informasiya KİV-lərin iştirak etdiyi tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayevin mövzu ilə bağlı geniş məruzəsi və digər natiqlərin çıxışları dinlənilib.Konfransın proqramına uyğun olaraq, ümummilli liderin abidəsi ziyarət edilərək gəncləri maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.