Dünəndən etibarən mərhum prezident Heydər Əliyevin anım günündə hərbi salam verə bilməyən prokurorun kimliyi ciddi müzakirələrə səbəb olub.
Mətbuatda yayılan videoda prokurorun hərbi salamı sol əli verdiyi əks olunub. Xəbərlərdə onun kimliyi açıqlanmasa da, sosial şəbəkələrdə prokurorun hərbi salam verə bilməməsi barədə müxtəlif versiyalar irəli sürülür. Bu versiyalardan biri kimi prokurorun sağ əlinin protez olduğu, bu səbəbdən də hərbi salamı digər əliylə verdiyi iddia olunur.
Sözügedən şəxs Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanovdur.
Baş Prokurorluqdan faktı saytımıza təsdiqləyiblər.
Lakin onun əlinin protez olması barədə deyilənlərin yalan olduğunu bildiriblər.
Məlumat üçün bildirək ki, 1991-ci ildən prokurorluq orqanlarında işləyən Tariyel Qurbanov əvvəllər Tovuzun, Qaradağın və Hacıqabulun prokuroru vəzifəsində işləyib.
///BakiPost.az