“Heydər Əliyevin peyğəmbərliyinin illər sonra şahidi olduq”

“Heydər Əliyevin peyğəmbərliyinin illər sonra şahidi olduq”
Bütün Xəbərlər
12:20 02.03.2016
1388
Bu gün "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı"nın yekunlarına dair tədbir keçirilir.
Şahmat Federasiyanın prezidenti Elman Rüstəmov vurğulayıb ki, Azərbaycanda şahmatın tarixi ənənələri var:
"Şahmatın dövlət səviyyəsində irəli çəkilməsi keçən əsrin 70-ci illərinə təsadüf edir. Biz videoçarxdan da gördük ki, ulu öndər Heydər Əliyev şahmatçılarla görüşündə deyib ki siz gələcəyin böyük şahmatçıları olacaqsınız. Biz onun peyğəmbərliyinin, uzaqgörənliliyinin illər keçəndən sonra şahidi olduq. Şahmat həmişə insan beyninin məhsuludur. Kadrların yetişdirilməsi hər zaman diqqətimizdədir. Azərbaycana iki dəfə qızıl medal gətirilib. Proqram yekunlaşsa da, qarşıda işlərimiz çoxdur".
///“Qafqazinfo” 
OXŞAR XƏBƏRLƏR