Heydər Əliyevin şərəfinə qızıl "iPhone" - FOTO

Heydər Əliyevin şərəfinə qızıl "iPhone" - FOTO
Bütün Xəbərlər
16:20 05.06.2015
2189
Caviar brendinin üzərində Heydər Əliyevin rəsmi olan qızıl smartfonları satışa çıxarıldığı gündən böyük marağa səbəb olub.AZXEBER.COM-un "buro247"yə istinadən evrdiyi məlumata görə, brendin sonuncu - Supremo kolleksiyasına daxil olan "Supremo Aliyev", "Supremo Aliyev Titano White Gold", eləcə də Azərbaycan gerbinin əks olunduğu Apple iPhone 6 smartfonlarının üzərində Perla Penna zərgərlik emalatxanasının ustaları çalışıblar. Bütün telefonlar ağ qızılla uyğunluqda titandan hazırlanıb, mükəmməl dizaynı isə onu digərlərindən fərqləndirir.Onlardan birinin üzərində Azərbaycanın gerbi və Heydər Əliyevin imzası, digərində isə imza ilə yanaşı, unudulmaz "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" sözləri və Azərbaycan bayrağı əks olunub.Qeyd edək ki, bundan öncə Caviar üzərində Rusiya prezidenti Vladimir Putinin, boksçu Məhəmməd Əlinin, Apple şirkətinin təsisçisi Stiv Cobsun və Avropa İntibah dövrünün görkəmli mütəfəkkiri Leonardo Da Vinçinin portreti olan telefonlar buraxıb. Bahalı Caviar aparatlarının hazırlanması üçün qızıl, brilyant, dəri, titan, nadir ağac növləri kimi bahalı materiallardan istifadə edilir. Telefonların hamısı əl işidir.
OXŞAR XƏBƏRLƏR