Heydər Əliyevin xatirəsinə həsr olunmuş qanvermə aksiyası keçirildi

Heydər Əliyevin xatirəsinə həsr olunmuş qanvermə aksiyası keçirildi
Bütün Xəbərlər
12:02 04.05.2012
1058

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında qanvermə aksiyası keçirilib.

Trend-in məlumatına görə, mayın 4-də təşkil olunan aksiya ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunub.

Aksiyada 500 nəfərdən çox təşkilat üzvləri və vətəndaşlar iştirak edib. Qeyd edək ki, YAP tərəfindən belə aksiyalar hər il keçirilir.

OXŞAR XƏBƏRLƏR