Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı
SOSİAL
00:33 07.07.2026
286
Heydər Məscidi İdarəsi məscidin ərazisində cari təmir işləri aparacaq.
AZXEBER.COMBaku.ws-ə istinadla xəbər verir ki, təmir layihəsinin ehtimal olunan dəyəri 279 min manat təşkil edir.
Təmir işləri çərçivəsində məscidin həyətyanı sahəsinin istismar vəziyyətinin yaxşılaşdırılması, köhnəlmiş və zədələnmiş örtüklərin yenilənməsi, su sızmalarının qarşısının alınması nəzərdə tutulur. Görüləcək işlər ziyarətçilərin daha təhlükəsiz və rahat hərəkətini təmin etməklə yanaşı, məscidin ümumi görkəminin və strukturunun uzunömürlülüyünü artırmağa xidmət edəcək.
Qeyd edək ki, təmir planına giriş qapılarının yenilənməsi də daxildir ki, bu da binanın funksionallığının və təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə töhfə verəcək.