Tiflisin mərkəzində torpaq sürüşməsi: küçələr su altında qaldı

Tiflisin mərkəzində torpaq sürüşməsi: küçələr su altında qaldı
01:46 07.07.2026
158
Gürcüstanın paytaxtı Tbilisidə yağan güclü yağış nəticəsində Vaja-Pşavela metro stansiyasının yaxınlığında yerləşən tikinti sahəsinin ərazisində, yaşayış binasının yaxınlığında torpaq sürüşməsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Tbilisi meriyasından bildirilib ki, hadisə yerinə artıq müvafiq xidmətlərin əməkdaşları cəlb olunub və vəziyyət nəzarət altındadır.

Güclü yağış şəhərin digər hissələrində də problemlər yaradıb. Belə ki, Didi Diqomi, Aqmaşenebeli prospekti və Qldani rayonunda bir sıra küçələri su basıb.

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.
OXŞAR XƏBƏRLƏR