Həyətdə ot yandırmaq istəyənlər oxusun – 10 min cəriməsi var

Həyətdə ot yandırmaq istəyənlər oxusun – 10 min cəriməsi var
SOSİAL
22:05 30.07.2026
342
Yay aylarında şəhərətrafı qəsəbələrdə və yaşayış evlərinin sıx yerləşdiyi ərazilərdə qurumuş otların, alaq bitkilərinin, budaq və digər bitki qalıqlarının yandırılması müşahidə olunur. Lakin bir çox hallarda bu tüstü təkcə yandırılan həyətdə qalmır. Qatı qara tüstü ətraf küçələri bürüyür, sakinlərin nəfəs almasını çətinləşdirir. Bəzən tüstünün həcmi o qədər böyük olur ki, uzaqdan baxdıqda ərazidə yaşayış evinin və ya başqa obyektin yandığı təəssüratı yaranır. Üstəlik, yaşayış məntəqələrinin içərisində nəzarətsiz şəkildə od qalamaq yanğının ətraf tikililərə keçməsi riskini də artırır.

Bəs həyətyanı sahələrdə bitki qalıqlarının yandırılması qanunvericilik baxımından nə dərəcədə doğrudur? Belə hallarda vətəndaşları hansı hüquqi məsuliyyət gözləyir?

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Pərviz Hüseynov bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsinə görə, ot və bitki qalıqlarının yandırılması atmosfer havasını çirkləndirdiyi üçün qadağandır:

"Qanunvericilik atmosfer havasının çirkləndirilməsinə görə də inzibati məsuliyyət nəzərdə tutur. Tullantıların və bitki qalıqlarının yandırılması nəticəsində havanın çirklənməsi fiziki şəxslər üçün 300 manatdan 700 manatadək, vəzifəli şəxslər üçün 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər üçün isə 7500 manatdan 10 min manatadək cərimə ilə nəticələnə bilər”.

Hüquqşünasın sözlərinə görə, həyətyanı sahələrdə odla ehtiyatsız davranış yanğın təhlükəsizliyi qaydalarının pozulması hesab oluna bilər. Əgər bu cür hərəkətlər nəticəsində yanğın baş verərsə və ya əmlaka ziyan dəyərsə, məsuliyyət daha da ağırlaşa bilər.
OXŞAR XƏBƏRLƏR