Katarakt

Həyətində 74 nəfərlik toy məclisi keçirən şəxs cərimələndi

SOSİAL
15:50 21.07.2021
300
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Çolpı kənd sakini Elvin Hüseynovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq 74 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edənlərlə profilaktik söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.

OXŞAR XƏBƏRLƏR