Heyvandan insana keçir - Ölümcül epidemiyada ölənlərin sayı 150-ni keçdi

SAĞLAMLIQ
18:10 20.04.2023
740
Nigeriyada heyvandan insana keçən və ölümlə nəticələnə bilən Lassa qızdırması epidemiyasında bu il həyatını itirənlərin sayı 151-ə yüksəlib.

AZXEBER.COM xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada Lassa epidemiyasının paytaxt Abuca ilə yanaşı 26 əyalətə də yayılmağa davam etdiyi bildirilib.

Açıqlamada yanvar ayından bu yana ölkədə Lassa qızdırması şübhəsi ilə 4555 yoluxmanın qeydə alındığı, onlardan 869-nun analizlərinin müsbət çıxdığı bildirilib.

Epidemiya səbəbiylə həyatını itirənlərin sayının 151-ə yüksəldiyi qeyd edilən açıqlamada ölənlərin çoxunun uşaq olduğu paylaşılıb.

Qeyd edək ki, Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə, "fövqəladə vəziyyət" elan edib.

Günel

OXŞAR XƏBƏRLƏR