Bu dəfə Xaçmazda...
Qubada itin başını kəsənlərə qarşı sosial şəbəkələrdə heyvanlara qarşı qəddar davranışa görə cinayət məsuliyyətinə cəlb olunma tələbi ilə keçən qəzəb dalğası yatmamış biz insan vəhşiliyi barədə növbəti informasiyanı aldıq.
Xaçmazda təzəlikcə ayağı kəsilmiş it tapılıb. Zavallı heyvanı xeyirxah insanlar Bakıya əməliyyat olunmaq üçün göndəriblər.
Bu gün yazdığımızı bir daha təkrar edirik, yüksək məbləğli cərimələr belə bu tip sadistlərin qəddar hərəkətlərinin qarşısını almaq iqtidarında deyil. Bu isə bir daha göstərir ki, belə davranışa görə cəza sərtləşdirilməlidir.(Oxu.az)
