Heyvanların daşınmasına dair yeni tələblərlə bağlı rəsmi AÇIQLAMA

Heyvanların daşınmasına dair yeni tələblərlə bağlı rəsmi AÇIQLAMA
SOSİAL
18:37 11.07.2026
362
"Heyvanların daşınması ilə bağlı yeni tələblər yalnız ölkəyə idxal olunan heyvanlara aiddir, daxili daşınmalarda tətbiq edilmir".

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, ölkə daxilində daşınmalarda istifadə olunan nəqliyyat vasitələri də heyvanların fizioloji tələbatlarına uyğun olmalıdır. Bu isə qiymətlərin bahalaşmasına və ya məhsullarla təminatın zəifləməsinə səbəb olacaq amil deyil.

Qalib Əbdüləliyev qeyd edib ki, son dövrlərdə ölkədə bioloji təhlükəsizliyin təmin olunması, xarici ölkələrdən keçə bilən xəstəliklərin qarşısının alınması məqsədilə sərhəd-baytarlıq nəzarəti tədbirləri gücləndirilib. Hazırda Gürcüstanla dövlət sərhədində, Qırmızı Körpü gömrük-sərhəd buraxılış məntəqəsinin ərazisində xüsusi baytarlıq nəzarət məntəqəsi fəaliyyət göstərir və gələcəkdə bu təcrübənin daha da genişləndirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, həmin məntəqədə heyvanlar baytarlıq müayinəsindən keçirilir, zərurət yarandıqda laborator analizlər aparılır, xəstə heyvanlar kənarlaşdırılır və digər müvafiq tədbirlər həyata keçirilir:

"Qeyd etmək istərdim ki, bəzi hallarda xəstəlik aşkar edildiyinə görə ölkəmizə gətirilən heyvanların mənşə ölkəsinə geri qaytarılması faktları da qeydə alınıb. Təklif olunur ki, heyvanların daşınması yalnız standart nəqliyyat vasitələrində həyata keçirilsin. Onu da qeyd etmək yerinə düşər ki, bu təcrübə artıq tətbiq olunur və ölkəmizə idxal edilən heyvanların böyük əksəriyyəti standart nəqliyyat vasitələri ilə daşınır. Bununla belə, hələ də qismən uyğunlaşdırılmış nəqliyyat vasitələrindən istifadə hallarına rast gəlinir.

Sahibkarları çətin vəziyyətdə qoymamaq və onların yeni tələblərə uyğunlaşmasına şərait yaratmaq məqsədilə bu ilin sonunadək hazırlıq dövrünün müəyyən edilməsi, növbəti ildən etibarən isə heyvanların yalnız standart nəqliyyat vasitələri ilə daşınmasının məcburi qaydada tətbiq olunması barədə qərar qəbul edilib".

Qeyd edək ki, AQTA ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edib.

Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək.

Keçid dövrü çərçivəsində, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
22:55 11.07.2026
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
Ana-bala birlikdə məzun oldu - Foto
22:39 11.07.2026
Ana-bala birlikdə məzun oldu - Foto
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
22:24 11.07.2026
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
22:12 11.07.2026
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
21:52 11.07.2026
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
21:41 11.07.2026
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
21:25 11.07.2026
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
21:08 11.07.2026
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
20:56 11.07.2026
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
20:35 11.07.2026
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
20:25 11.07.2026
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:20 11.07.2026
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
20:18 11.07.2026
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:17 11.07.2026
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
20:00 11.07.2026
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
19:57 11.07.2026
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub