Hicabsız gəzdiyi üçün 74 şallaq vurulacaq - Müğənniyə qarşı sərt qərar

Hicabsız gəzdiyi üçün 74 şallaq vurulacaq - Müğənniyə qarşı sərt qərar
SOSİAL
23:04 19.06.2026
222
İranda müğənni Parasta Əhmədi hicabsız çıxış etdiyi iddiası ilə 74 şallaq cəzasına məhkum edilib.

AZXEBER.COM Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Mehr” agentliyi məlumat yayıb.
Bildirilir ki, məhkəmə sənətçini və onun komandasının səkkiz üzvünü qadın iştirakçıların başı açıq olduğu konsert videosuna görə "əxlaqsız məzmun” yaymaqda təqsirli bilib.

Qərara əsasən, Parasta Əhmədiyə şallaq cəzası ilə yanaşı, digər məhdudiyyətlər də tətbiq olunub. Hökmdə onun və komanda üzvlərinin iki il müddətinə ölkədən çıxışına və yaradıcılıq fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR