Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
İDMAN
14:50 06.10.2026
124
Hidayət Heydərov Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında mübarizəni dayandırıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionu ilk görüşündə kosovolu Akil Qyakova qalib gələrək 1/16 finala yüksəlib.

H.Heydərоv bu mərhələdə finlandiyalı Valtteri Olini də məğlub edərək adını 1/8 finala yazdırıb.

Cüdoçumuz növbəti mərhələdə italiyalı Covanni Espozito ilə qarşılaşıb.

İdmançımız rəqibinə məğlub olub və mundialla vidalaşıb.
OXŞAR XƏBƏRLƏR