Hikmət Babaoğlu: “Ağdam marşrutunun açılması artıq həll olunub, qondarma rejim də özünü buraxmalıdır”

Hikmət Babaoğlu: “Ağdam marşrutunun açılması artıq həll olunub, qondarma rejim də özünü buraxmalıdır”
SİYASƏT
16:56 10.09.2023
269
"Azərbaycan ermənilərin ölkəmizə qarşı "humanitar müharibəsi”ni də iflasa uğratdı. Nəticədə ermənilərin humanitar fəlakətlə üzləşdikləri ilə bağlı dünyanı aldatmaq cəhdləri də baş tutmadı”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, Azərbaycanın istədiyi Xankəndi-Ağdam yolunun açılması ilə bağlı razılıq əldə edilib:

"Ağdam marşrutunun açılması artıq həll olunub. Sabah Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının Ağdama, oradan isə Əsgərana daxil olması təmin ediləcək. Beləliklə, artıq bu marşrutla malların və yüklərin daşınması üçün yeni reallıq yarandı. Üstəlik, bir daha hamıya aydın oldu ki, Azərbaycan ərazisinə istənilən təyinatlı yük və yaxud yardım yalnız və yalnız Azərbaycanın icazəsi və onun təklif etdiyi marşrutla mümkündür. Yəni Azərbaycan icazə versə, eyni vaxtda Laçın yolu ilə də müxtəlif təyinatlı yük və mallar daşına bilər ki, bu da Azərbaycan qanunlarının icazə verdiyi formada mümkün ola bilər. Şübhəsiz ki, bu, nəzarət buraxılış və gömrük nəzarətindən keçməklə mümkündür”.

Deputat qeyd edib ki, ermənilərin və onları dəstəkləyən bir çox dövlətlərin Xankəndi-Ağdam yolunun açılmasına qarşı olan mövqeləri sıradan çıxarıldı:

 "Bu, ermənilər və onların hamiləri üçün bir siyasi-psixoloji əzilmə nöqtəsi idi. Ancaq bu heç də o demək deyil ki, Ermənistan tərəfindən maliyyələşdirilən və hələ də fəaliyyət göstərən qondarma rejimin dərhal özünü buraxması ilə bağlı Azərbaycanın tələbləri qüvvədən düşdü. Əsla belə deyil. Ən qısa zamanda Qarabağ iqtisadi rayonunda olan qondarma rejim özünü buraxmalı, qeyri-qanuni erməni silahlı birləşmələri ölkəmizi tərk etməli, Azərbaycanın suveren hüquqları və qanunları Qarabağda tətbiq edilməlidir. Elə növbəti addım da bu olacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
17:01 04.03.2025
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
“Komedixana”nın aktrisası nənə olacaq
16:48 04.03.2025
“Komedixana”nın aktrisası nənə olacaq
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
16:31 04.03.2025
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
16:27 04.03.2025
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
16:14 04.03.2025
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
16:09 04.03.2025
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
16:02 04.03.2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
Azərbaycan dili imtahanının nəticələri elan olundu
15:42 04.03.2025
Azərbaycan dili imtahanının nəticələri elan olundu
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
15:40 04.03.2025
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
15:27 04.03.2025
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
15:16 04.03.2025
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:10 04.03.2025
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
14:54 04.03.2025
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
14:42 04.03.2025
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
14:37 04.03.2025
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq
14:35 04.03.2025
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq