Hikmət Hacıyev: “Azərbaycan Ordusu rəşadətli döyüşlərini davam etdirir”

SİYASƏT
12:35 28.09.2020
464

"Azərbaycan Ordusunun şəxsi heyəti rəşadətli döyüşlərini davam etdirir”.

AZXEBER.COM məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, düşmənin itkiləri çoxdur: "Onların yalanları, saxta məlumatları ifşa olunur".

H.Hacıyev deyib ki, xarici media nümayəndələrinin Azərbaycana səfərləri təşkil olunub.

OXŞAR XƏBƏRLƏR