Hillari Klinton Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Bütün Xəbərlər
13:10 02.11.2011
1107
ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Qurban bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət katibi təbrik məktubunda Qurban bayramının dünyanın müxtəlif ölkələrinin müsəlmanlarını bir araya gətirdiyini vurğulayaraq, bunun çox mühüm dəyər olduğunu və ABŞ-ın bu dəyəri paylaşdığını diqqətə çatdırıb.H. Klinton fürsətdən istifadə edərək Azərbaycan xalqını və hökumətini bu müqəddəs bayram münasibətilə təbrik edib.