Himnin yerinə RikKi Martinin mahnısını çaldı - VİDEO
Bütün Xəbərlər
00:15 07.03.2012
1777
Qazaxstanın Kustanay şəhərində keçirilən xizək festivalında gülməli anlar yaşanılıb. Üstəlik bu gülünc vəziyyətə düşənlər yüksək vəzifəli məmurlar olub.“Sağlam Xizək Yolları 2012” adlı festivalın açılışında çıxış edən mer Nurəli Saduakasov himni səslənəcəyini elan edib, əlini ürəyinin başına qoyduqda, səs rejissoru Qazax himni əvəzinə Rikki Martinin “Living La Vida Loca” adlı məşhur mahnısı səsləndirib.Məzəli yalnışlıq gözlənilməz olduğundan məmurlar aciz-aciz 1999-cu ilin hit mahnısına qulaq asmalı olub. 3-4 saniyədən sonra səs rejissoru səhvini düzəldərək, bu dəfə Qazax himnini səsləndirib.