Hindistanın tanınmış aktyoru Şihan Hussaini vəfat edib.
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor bu gün səhər saatlarında Çennai şəhərindəki özəl xəstəxanada dünyasını dəyişib.
60 yaşlı aktyor bir müddət idi ki, qan xərçəngindən müalicə alırdı.
Qeyd edək ki, həm də döyüş ustası və karate mütəxəssisi olan Ş. Hussaini bir çox filmlərdə rol alıb. O, eyni zamanda teleaparıcılıq edib.