Hindistanın müdafiə naziri Racnat Sinqh çinli həmkarı Dunq Tszyunla görüşdə Pekini onillik sərhəd münaqişəsinin dayanıqlı həllini tapmağa çağırıb.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə iyunun 27-də Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Sinqh mübahisənin həlli üçün strukturlaşdırılmış yol xəritəsinin yaradılmasının vacibliyini vurğulayıb və sərhəd demarkasiya mexanizmlərinin bərpasının zəruriliyini xatırladıb.
Müdafiə nazirləri gərginliyin azaldılması, sərhədin idarə edilməsi və delimitasiya məsələlərində irəliləyişə nail olmaq üçün məsləhətləşmələri davam etdirməklə bağlı razılıq əldə ediblər.
Bundan əlavə, bu ay Pekin və Nyu-Delhi 2020-ci ildə sərhəddəki toqquşmadan sonra dayandırılan birbaşa hava əlaqəsinin bərpasını sürətləndirmək barədə razılığa gəldiklərini bildiriblər.
Xatırladaq ki, nüvə dövlətləri Himalaydakı sərhəd üstündə mübahisə edir və bu səbəbdən müharibə aparıblar. 2020-ci ildə baş verən toqquşmada 20 Hindistan və 4 Çin hərbçisi ölüb.