Hindistan Pakistanla gərginliyin artması fonunda raket buraxılışlarını sınaqdan keçirib.
Bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi məlumat verib:
"Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri platformaların, sistemlərin və ekipajın uzunmənzilli dəqiq hücum zərbəsinə hazır olduğunu təsdiqləmək və nümayiş etdirmək üçün uğurlu çoxsaylı gəmiəleyhinə atışlar həyata keçirib".
///Oxu.Az