Hindistanın Telangana ştatında yerləşən kimya fabrikində baş verən partlayış və sonrakı yanğın nəticəsində azı 10 nəfər həyatını itirib, 12 nəfərdən çox işçi isə yaralanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Press Trust of India" (PTI) agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə ştatın Pashamylaram bölgəsində yerləşən "Sigachi Industries" adlı kimya fabrikində reaktorlardan birində baş verən partlayışdan sonra meydana gəlib. Güclü partlayış nəticəsində fabrikdə yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürən və xilasetmə qrupları cəlb olunub.
"Telangana Today" qəzetinin xəbərinə əsasən, partlayış zamanı fabrikdə çox sayda işçinin olduğu və onların bəzilərinin içəridə qalıb mahsur qala biləcəyi ehtimal olunur.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oksana