Hindistanda meşədən şəhərə gələn bəbir beş nəfəri yaraladı – VİDEO

Hindistanda meşədən şəhərə gələn bəbir beş nəfəri yaraladı – VİDEO
DÜNYA
10:16 12.03.2021
639
Hindistanın İndor şəhərində tikinti meydançasına daxil olan bəbir beş nəfəri yaralayıb.

"Haber Global”ın verdiyi məlumata görə, yaralılardan biri meydança yaxınlığında yaşayan azyaşlı uşaqdır.

Sosial mediada yerli polisin vəhşi heyvanı yaxalamaq üçün keçirdiyi əməliyyatın görüntüləri yayılıb. Beş saat davam edən əməliyyat uğurla başa çatıb və bəbir tutularaq ərazidən uzaqlaşdırılıb.