Hindistanda polisləri daşıyan avtobus minaya düşüb: Beş nəfər həlak olub, onlarla yaralı var

Hindistanda polisləri daşıyan avtobus minaya düşüb: Beş nəfər həlak olub, onlarla yaralı var
DÜNYA
10:13 24.03.2021
485
Hindistanın Çhattisqarh ştatında polisləri daşıyan avtobus minaya düşüb.

"The Times of India” yerli hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, partlayış nəticəsində beş polis həlak olub, 15 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Qeyd olunur ki, minaya düşən polislər bölgədə həyata keçirilən antiterror əməliyyatında iştirak ediblər.

İlkin ehtimala görə, mina Hindistanda hökumət əleyhinə fəaliyyət göstərən Maoist silahlı qruplaşmasının silahlıları tərəfindən yerləşdirilib.

Qeyd edək ki, bu silahlı təşkilat 1960-cı ildən bəri Hindistanda müxtəlif terror hücumları həyata keçirib. 
OXŞAR XƏBƏRLƏR