Hindistanda sel fəlakəti - Ölənlərin sayı artdı

Hindistanda sel fəlakəti - Ölənlərin sayı artdı
DÜNYA
15:54 07.07.2025
268
Hindistanın Himaçal-Pradeş əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində həyatını itirənlərin sayı 78-ə çatıb.

AZXEBER.COM-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Himaçal-Pradeş ştatının şimalında iyunun 20-dən bəri musson yağışlarının təsiri altındadır.

Ştatda güclü yağışlar nəticəsində yaranan sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 78-ə, yaralıların sayı isə 121-ə yüksəlib.

243 yolun bağlandığı əyalətin müxtəlif bölgələrində 37 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Hindistan Meteorologiya İdarəsi (IMD) Himaçal Pradeş üçün xəbərdarlıq edərək, güclü yağışların iyulun 9-dək davam edəcəyini bildirib.

Qeyd edək ki, iyun-sentyabr aylarında Cənubi Asiyada təsirli olan musson yağışları, xüsusilə Hindistanda hər il böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.
 
Gülay
OXŞAR XƏBƏRLƏR