Hindistandan Azərbaycana dərman ixracı 96 faiz artıb

Hindistandan Azərbaycana dərman ixracı 96 faiz artıb
İQTİSADİYYAT
06:29 14.10.2021
366
Hindistanın Azərbaycandakı səfirliyi əczaçılıq məhsulları üzrə vebinar təşkil edib. Ölkənin müstəqilliyinin 75-ci ildönümünə həsr edilən vebinarın mövzusu "Əczaçılıq sektorunda Hindistan-Azərbaycan əməkdaşlığı” olub.
 
AZXEBER.COM-a Hindistanın Bakıdakı səfirliyindən verilən məlumata görə, Əczaçılıq Məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) ilə birgə təşkil edilən tədbirdə 130-dan çox iştirakçı, o cümlədən Azərbaycanın müvafiq dövlət qurumlarının, iki ölkənin Azərbaycanın aparıcı əczaçılıq şirkətlərinin nümayəndələri iştirak edib.

Hindistan səfiri B.Vanlalvavna açılış nitqində ölkəsinin əczaçılıq sənayesinin qlobal əczaçılıq sektorunda hakim mövqedə olduğunu bildirib. İştirakçılara yeni əməkdaşlıq imkanları barədə məlumat verən səfir, Hindistanda hər gün 8 milyon RT-PCR testinin istehsal olunduğunu deyib. Əlavə edib ki, Hindistanın 200-ə yaxın əczaçılıq məhsulu Azərbaycanda artıq qeydiyyatdan keçib.

Səfir, Hindistanın sağlam iqtisadi artım nümayiş etdirdiyini və Beynəlxalq Valyuta Fondunun bu maliyyə ilində ölkəsinin iqtisadiyyatı üçün 9,5 faiz artım olacağını proqnozlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu iqtisadi artımın səbəbi Hindistan iqtisadiyyatında aparılan son islahatlar, o cümlədən yeni vergi qanunlarının təqdim olunması, İstehsal ilə əlaqəli Təşviq proqramları, İnkişaf üzrə Maliyyə İnstitutunun qurulması, əmək qanunlarının qəbul olunması, aktivlərin monetizasiyası proqramının işə salınması, telekommunikasiya sektorunda investisiya siyasətinin liberallaşdırılması və sair ola bilər.
 
Tədbirdə Azərbaycan Səhiyyə Nazirliyinin Analitika Ekspertiza Mərkəzinin Qeydiyyat və Ekspertiza şöbəsinin müdiri Həmid Qurbanov ölkəmizdə dərman qeydiyyatı prosesi barədə təqdimatla çıxış edib. Tarif Şurasının baş məsləhətçisi Vüsal Dəmirov Azərbaycanda dərman qiymətlərinin tənzimlənməsi barədə danışıb.

Daha sonra, İcbari Tibbi Siğorta Agentliyinin Satınalma və təchizat şöbəsinin müdiri Rəşidə Abdullayeva Azərbaycanda əczaçılıq məhsullarının dövlət satınalması prosesi barədə məlumat verib.

"Pharmexcil"in Tənzimləmə Məsələləri üzrə direktoru Lakşmi Prasanna "Hindistan əczaçılıq sənayesi və onun dünyaya töhfəsi” mövzusunda təqdimatı zamanı Hindistan əczaçılıq formulalarının ixracının həcminə görə 3-cü, dəyərinə görə 10-cu yer tutduğunu və dünyanın aparıcı 20 qlobal generik dərman istehsalı şirkətinin 8-inin Hindistan şirkəti olduğunu bildirib. Eyni zamanda, o, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin kvalifikasiya olunmuş aktiv əczaçılıq maddələrinin (API) 90 faizinı Hindistanın təmin etdiyini nəzərə çatdırıb.

Nəzərə çatdırılıb ki, 2020-ci ilin aprel ayından bu ilin mart ayınadək Hindistanın dərman məhsullarının qlobal ixracı 24,5 milyard dollar təşkil edib. Hindistan "Dünya czaçılığı" olaraq 200-dən çox ölkəni generik dərmanlarla təmin edir, həmçinin ÜST-ün peyvənd tələbatının 70 faizi Hindistandan alınır. Ölkə əhalisinə artıq 960 milyondan çox COVİD-19 peyvəndi vurulub, 90-dan çox ölkəni 66 milyon doza COVİD vaksini ilə təmin edib. 2021-ci ilin yanvar-iyul ayları ərzində Hindistan Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 96 faizdən çox artımla 15,8 milyon dollar dəyərində dərman məhsulları ixrac edib. Bu dövrdə Hindistanın Azərbaycanın dərman bazarındakı payı 5,3 faizədək yüksəlib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı