Hindistanın məşhur aktyoru vəfat etdi

Hindistanın məşhur aktyoru vəfat etdi
DÜNYA
15:02 07.07.2021
1314

Uzun müddət davam edən xəstəlikdən əziyyət çəkən aktyor Dilip Kumar vəfat edib.

AZXEBER.COM xəbər verir ki, 98 yaşlı tanınmış aktyor keçən həftə nəfəs darlığından şikayət edərək Mumbaydakı xəstəxanaya yerləşdirilmişdi. O, həkimlərin bütün cəhdlərinə baxmayaraq, ötən gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, Hindistanın məşhur aktyoru, rejissor və siyasi xadimi Dilip Kumar əlli ildə 65-dən çox filmdə rol alıb. Kumar, Hindistanın ən məşhur aktyorlarından biri hesab edilir.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR