"Hindistanla danışıqlarda üç əsas məsələni müzakirə etmək niyyətindəyik"

"Hindistanla danışıqlarda üç əsas məsələni müzakirə etmək niyyətindəyik"
DÜNYA
18:47 12.05.2025
365
Pakistan Hindistanla danışıqların aparılacağı təqdirdə üç əsas məsələni, o cümlədən Kəşmir problemi, transsərhəd terror və Hind çayının sularından birgə istifadəni müzakirə etməyə hazırdır.

Bu barədə Pakistanın müdafiə naziri Xavaca "Asif Geo News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu problemlər son 76 il ərzində mövcuddur.

"Pakistan terrorun böyük qurbanıdır və bu problem, eləcə də Pakistan və Hindistanın üç dəfə bir-biri ilə müharibə apardığı Kəşmir məsələsi həll edilməlidir. Bu məsələ Pakistan-Hindistan danışıqlarının gündəliyinə daxil edilməlidir", - o qeyd edib.

Müdafiə naziri həmçinin bildirib ki, mayın 10-da Hindistanla atəşkəs razılaşmasının əldə edilməsi "Pakistanın bu ölkə ilə münaqişədə təmkin və hərbi güc nümayiş etdirməsi nəticəsində qazanılmış diplomatik qələbə olub".
 
\report
OXŞAR XƏBƏRLƏR