Hitlerin qiyməti: 32 min avro

Hitlerin qiyməti: 32 min avro
Bütün Xəbərlər
13:04 03.02.2012
1725

Faşist lider Adolf Hitlerin 1913-cü ildə çəkdiyi bir tablo Bratislavadakı bir auksiyonda 32 min avroya satılıb.

Darte auksiyon evinin internet saytında verilən açıqlamada 60X48 santimetr ölçülərindəki tablonu alan şəxsin kimliyi açıqlanmayıb.

Tablonu satışa çıxaran slovak ailəsinin də adının açıqlanmasını istəmədiyi bildirilib.

Auksiyon evi keçən il də Hitlerin eyni ailə tərəfindən satışa çıxarılan başqa bir rəsmini 10 min 200 avroya satmışdı.

OXŞAR XƏBƏRLƏR