HİV, miqrantlar, qadınlar...

MARAQLI
15:10 29.01.2013
1866

Dünya qloballaşır, qadınlar ictimai həyata qaynayıb qarışır. Bütün bunların fonunda qadınların həyatına müxtəlif vasitələrlə, içki, narkotika, insan alveri və ölümlə nəticələnən xəstəliklər də daxil olur.

Cəmiyyətdə baş verən maddi və mənəvi çətinlikləri ən çox qadınlar hiss edir. Maddi qazanc üçün isə yaşadığı ölkəni təkcə kişilər tərk etmir. Hər yeni ölkə də insan həyatına xoşbəxtlik, uğur gətirmir.

Qadınların üz tutduğu ölkələrdə təkliklərindən, köməksizliyindən istifadə edib müxtəlif qeyri-qanuni qazanc yollarına cəlb edilir.

Statistika göstərir ki, qadınlar arasında narkotika istifadə edənlərin, alkoqolizmə ürcah olanların sayı getdikcə artır. Sadalananlar isə əsrin bəlası hesab edilən, müalicəsi hələ də tapılmayan HİV virusuna aparır. Başqa bir statistika isə onu sübut edir ki, həm dünyada, həm də ölkəmizdə qadınlar arasında HİV-ə yoluxanlar artır.

AİDS/QİÇS - Qazanılmış İmmunçatışmazlığı Sindromudur. İmmun sisteminin virus mənşəli infeksion xəstəliyi olan QIÇS insan orqanizminin tam depressiyası, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsi, bütün onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır. Bütünbunlarisəbirqaydaolaraqölümlənəticələnir.

Azərbaycanın həssas bölgələrində- Lənkəran, Sumqayıt və Gəncədə builki sorğu nəticələrinə görə hamilə qadınlar arasında HİV virusunun aşkarlanması daha çox qeydə alınıb.

Qadınlar və kişilər arasında HİV sorğu nəticələrinin nisbətində qadınlarda daha çox görülməkdədir. Statistik araşdırmalarda bu nəticəyə varılmasının kökündə isə ölkəyə daxil olan miqrantların böyük bir hissəsinin qadınlar olduğu ortaya çıxır. Miqrant qadın HİV daşıyıcıları isə adətən, gizli işlədikləri və yaşadıqları üçün xəstəlikləri uzun müddət aşkarlanmır. Nəzərə alanda ki. HİV-ə yoluxmuş şəxs uzun müddət heç bir simptom hiss etmir və sağlam həyat tərzi sürür.

QHT-lər və dövlət qurumları miqrantlar arasında HİV-lilərin müəyyən olunması ilə bağlı bir sıra profilaktik tədbirlərin aparıldığını deyir. Həmçinin, profilaktik tədbirlərin nəticəsi olaraq ölkədə HİV-ə yoluxmuş insanların faiz nisbəti ilə aşağı düşdüyünü deyir. Qanunvericilik isə HİV-li xarici ölkə vətəndaşlarının ölkədən çıxarılmasına icazə verir. Bəzən isə həmin xarici ölkə vətəndaşları azərbaycanlılar da ola bilir. Vaxtilə ölkədən işləmək üçün çıxıb geriyə bir neçə xəstəliklə qayıdan azərbaycanlıları geriyə, Rusiyaya və ya başqa ölkələrə deportasiya etmək çətinləşir. Xəstə gizli müalicə alır.

HİV-li xəstələrin isə qeydiyyata düşmədən gizli müalicəsi cəmiyyət üçün təhlükəlidir. Çünki, gizli müalicə və qeyri-qanuni miqrantlıq onlara iaşə obyektlərində işləməyə icazə verir. Bu isə xəstəliyin müxtəlif yollarla ötürülməsinə səbəb olur.

HİV-ə yoluxanlar könüllü müayinə və müalicədən qaçırlar. Məcburi müalicə haqda isə Qanunvericiliyə əlavə maddə və bəndlər hələ ki nəzərdə tutulmayıb. Müalicə olunan insanlar isə cəmiyyət tərəfindən damğalanır. Xəstəliyi olan miqrantlar isə deportasiyaya görə xəstə olduqlarını gizlədir.

Zərərin azaldılması Proqramının hazırladığı məlumat kitabçaları, regionlarda və paytaxtda keçirilən seminarlar xəstəliyə yoluxma hallarının azaldılmasına və yoluxanları müalicəyə cəlb etmək məqsədi daşıyır.

P.S Bütün dünya ölkəyə işçi və ya turist kimi başqa xalqların nümayəndələrinin gəlməsində maraq güdür. Eləcə də, bununla bağlı müxtəlif praktik tədbirlər həyata keçirir. Miqrant qəbul edən ölkə həm öz vətəndaşının, həm də ölkəsinə daxil olan miqrantın sağlamlığı, təhlükəsizliyi üçün təminatçı olmalıdır.

Vüsalə Qədimova

Yazı AİSD-lə Mübarizə İctimai Birliyinin jurnalistlər arasında “Miqrantlarvə AİDS” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.

OXŞAR XƏBƏRLƏR