AZXEBER.COM Xezerxeber-ə istinadən xəbər verir ki, küçələr və həyətlər su ilə dolduğundan piyadaların hərəkəti çətinləşib.
Bildirilib ki, daha əvvəl Abşeron Rayon İcra Hakimiyyəti gölün ətrafında xüsusi texnikalar vasitəsilə müvəqqəti bənd vurub. Lakin son günlərdə müşahidə olunan intensiv yağış və dolu həmin bəndin dağılmasına səbəb olub.
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, sözügedən ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Bu səbəbdən də yağışlı havalarda tez-tez subasma halları baş verir. Qurumdan eyni zamanda bildirilib ki, gələcəkdə həmin ərazidə Baş plan əsasında layihənin icrası nəzərdə tutulub.
Daha ətraflı videomaterialda:











































