Hökməlidə quldurluq hadisəsi baş verdi

Hökməlidə quldurluq hadisəsi baş verdi
Bütün Xəbərlər
08:53 13.11.2012
806
Abşeron rayonu Hökməli qəsəbəsinə dostunu görməyə gələn şəxs silahlı hücuma məruz qalıb. Bu barədə zərərçəkən Ağayarov Cavid Ağayar oğlu Abşeron rayon polis şöbəsinə məlumat verib. Cavid izahatında qəsəbədə olarkən iki nəfərin ona bıçaqla hədə-qorxu gəldiyini nəticədə mobil telefon və pulunun əlindən aldığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslərdən biri 20 yaşlı Ağaverdiyev Ağaverdi Qulu oğlu polislər tərəfindən saxlanılıb.Abşeron RPŞ-nin müstəntiqi Elşad Şirinovun verdiyi məlumata görə, Ağaverdiyev Ağaverdi bıçaqla hədə-qorxu gələrək Cavidin telefonunu və 520 manat pulunu qarət edib.Ağaverdi ilə birlikdə cinayətdə iştirak edən Niyazov Ağamədi Fəxrəddin oğlu isə hələlik istintaqdan yayınsa da, onun da tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində axtarışlar davam etdirilir. Qeyd edək ki, hadisədən sonra əldə edilən pul Ağaverdi ilə Ağamədi arasında yarı bölünüb.
OXŞAR XƏBƏRLƏR