Hökümət evində məmurların seks videoları çəkilib - AZƏRBAYCANDA

Hökümət evində məmurların seks videoları çəkilib - AZƏRBAYCANDA
Bütün Xəbərlər
15:44 28.12.2012
41939

Lent.az-ın əldə etdiyi məlumata görə, N.Q. ərizəsində bildirib ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçisidir. O qeyd edib ki, bir müddətdir ki, cəmiyyətin Hökumət Evində yerləşən mərkəzi idarəsində çalışır. Bu müddət ərzində N.Q. bir qadınla da tanış olub və onların arasında münasibət yaranıb. N.Q.-nın şikayəti isə onun qadınla olan münasibətindən sui-istifadə edən iş yoldaşlarından olub. Şikayətçi bildirib ki, iş yoldaşları – V., X. və M. adlı şəxslər onun həmin qadınla birgə olarkən gizli şəkildə audio və video görüntülərini lentə alıblar. Bundan sonra isə həmin şəxslər N.Q.-nı Hökumət Evinin 5-ci mərtəbəsindəki iş otağında hədələyərək videonu ictimailəşdirəcəklərini deyiblər. Onlar iş yoldaşlarını hədələyərək bildiriblər ki, bu materialları həyat yoldaşına da göstərəcəklər. Bunu etməmək müqabilində isə xeyli miqdarda pul tələb ediblər. Vəziyyətdən çıxış yolu tapa bilməyən N.Q. isə hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb

OXŞAR XƏBƏRLƏR