Xəbər verdiyimiz kimi, Türkiyə Hollandiyaya iki nota verib. Notalar xarici işlər naziri Mövlüd Çavuşoğlunun təyyarəsinə uçuş izni verilməməsi, daha sonra türkiyəli nazir Fatma Betül Sayan Kayanın Rotterdamdakı türk konsulluğuna buraxılmaması səbəbi ilə verilib.
Hər iki nota Türkiyə XİN-nə çağırılan Hollandiyanın Ankaradakı səfirinə təqdim edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu notalara Hollandiyanın da cavabı gecikməyib.
Hollandiya Xarici İşlər Nazirliyi Türkiyədə yaşayan həmyerlilərinə müraciət edib və onlardan son dərəcə diqqətli olmalarını xahiş edib.