Körfəz ölkələrinə etdiyi ziyarət əsnasında çadra taxan Hollandiya Kraliçasına ölkəsindəki sağ partiyalardan tənqid gəlib.
AZXEBER.COM-un məlumatına görə,Hollandiya Kraliçası Beatrixin Birləşmiş Ərəb Əmirliklərivə Ümmandakı məscid ziyarəti əsnasında şapkasının üzərinə taxdığı çadra Hollandiyada problem yaradıb.
Azadlıq və Demokratiya Partiyasının lideri, İslam əleyhdarı siyasətçi Geert WildersHollandiya Kraliçası Beatrixin məscid ziyarətləri əsnasında çadra taxmasını "qadına basqının qanuniləşdirilməsi" olaraq qiymətləndirib.
Beatrix isə Wildersin söylədiklərini "axmaqlıq" deyə xarakterizə edib. Kraliça BƏƏ-dən sonra Ümmanda dabaş örtüyü taxmağını dinə olan hörmətindən irəli gəldiyini vurğulayıb. Hollandiya Baş naziri Mark Rutte isə kraliça Beatrixin ibadətə göstərdiyi hörməti müdafiə edib.