Hollivud Bakı neftinə 100 milyon dollar ayırdı

Hollivud Bakı neftinə 100 milyon dollar ayırdı
Bütün Xəbərlər
16:34 09.04.2013
959
Hollivudda neft uğrunda qlobal mübarizənin analizi kontekstində Bakı neft sənayesi tarixinə həsr olunmuş bədii film çəkilir. Bakı nefti barədə bu səviyyədə ilk bədii filmin çəkilişləri azərbaycanlı mesenat, Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırovun səyləri nəticəsində mümkün olub.Toğrul Bağırov 1news.az-a müsahibəsində filmin “Böyük oyun” və ya “Neft müharibələri” adlandırılacağını bildirib. Filmin əsasında Bağırovun müəllifi olduğu neft uğrunda qlobal mübarizənin tarixi analizi duracaq. Adı açıqlanmayan tanınmış Hollivud ssenari müəllifi tərəfindən yazılan filmin ssenarisi artıq hazırdı. Artıq ABŞ-ın aparıcı kinostudiyaları ilə danışıqlar aparılıb.“Bütün bunlar Nobel qardaşlarının “gözləri” ilə göstəriləcək-əvvəl Lyudviq, sonra isə Emmanuelin. Orada bizim “Neft krallarımız”ın rəqibləri də iştirak edəcək–bunlar Rotşild və Rokfellerdir”, - deyə Moskva Beynəlxalq Neft Klubuna rəhbərlik edən və qlobal energetika məsələləri üzrə BMT ilə əməkdaşlıq edən filmin ideya müəllifi bildirib.
OXŞAR XƏBƏRLƏR